Menu

"Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir" - EBRD

22.11.2017, 12:09
"Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir" - EBRD

Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 2% böyüyəcək.

"APA-Ecoonmics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) yenilənmiş proqnozunda deyilir.

EBRD-nin proqnozuna əsasən, cari ildə Azərbaycanın ÜDM-i 0,5% azalacaq.

Növbəti ildə iqtisadi artımın əsas səbəbi kimi "Şahdəniz-2" və TANAP layihələrinin işə düşməsi göstərilir.

Hesabatda həmçinin deyilir ki, makroiqtisadi sabitliyin qorunması üçün hökumət sərt pul-kredit və fiskal siyasətini davam etdirməlidir.

Şərhlər

İqtisadçı Mübariz 2017-11-22 12:09:47

Azərbaycan hakimiyyətionsuz da sərt pul-kredit siyasəti yeridir. Əhali kreditə görə evi ilə də vidalaşır və bir sıra işçilər nəinki aylar illərlə maaşlarını ala bilmirlər. 6-7 mlrd kub m. qazla ölkəni təchiz edə bilməyən SOCAR hər il məmnuniyyətlə on milyardlarla dol. kapital axıdır ki, xaricə də qaz buraxsın. Axı, bu EBRO və digərləri nə istəyir? Onlarla milyardlarımızı Sizlərə bağışlayırlar, bütün Qarabağı da altdan! Qoyun, bu hakimiyyət sakitcə öz işinə davam etsin də!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol