Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
"Report"un məlumatına görə, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi xəbər verib.
Komitənin məlumatına görə, 1 oktyabr 2017-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3889 nəfər artıb. Hazırda Naxçıvan əhalisinin sayı 451 min 929 nəfərdir.

Şərhlər
Naxçıvan Staistika idarəsi gedib,Türkiyədə,Bakıda,İranda yaşayan Naxçıvan qeydiyatlı adamları da sayıbsa bu rəqəm doğru ola bilər.Ancaq hal-hazırda o qədər adamın Bu gün Naxçıvanda yaşamasına şəxsən Qüdrət bəy də inanmaz.