Terrorçu İŞİD təşkilatı Suriyanın ər-Riqqə şəhərində tarixinin ən böyük hərbi paradını keçirib
İnterAz-ın sözügedən təşkilatın "twitter" səhifəsinə istinadla verdiyi xəbərə görə, bu hərbi paradda İŞİD-in ənənəvi silahları ilə yanaşı İraq və Suriya ordusundan qənimətə götürülmüş tanklar və bir neçə “Skud” raketi də nümayiş etdirilib.
Bildirək ki, terrorçu İŞİD iki gün öncə verdiyi bəyanatda dünyada "İslam xilafəti" elan edib və Əbu-Bəkr əl-Bağdadini bu "xilafətin" xəlifəsi elan edib. Təşkilat, həmçinin, adını dəyişdirərək “İslam dövləti” qoyub.




Şərhlər