Menu

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından psixotrop maddə çıxdı

25.11.2017, 10:55
İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından psixotrop maddə çıxdı

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı İdarənin Şərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol