Menu

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər

26.11.2017, 11:13
Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səudla telefon danışığı aparıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı regionda vəziyyət, xüsusilə də Suriya münaqişəsi müzakirə olunub.

Ərdoğan Səudiyyə kralını Soçidə prezidentlərin üçtərəfli görüşünün yekunları və Astana prosesi barədə məlumatlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol