KAFKANIN “ÇAQQALLAR VƏ ƏRƏBLƏR” ƏSƏRİ

Etibar EliyevEtibar ƏLİYEV

Bu ilin mart ayında xəbər portallarının birində dərc olunmuş “Ərəblər iki azərbaycanlı qızı beysbol ağacı ilə zorlayıblar” başlıqlı məqalədə deyilirdi: “5-6 ərəb iki azərbaycanlı qızı götürüb səhraya aparıblar. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Və ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub, buraxıblar səhraya. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri çıxarıldı - sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir”.

Bir müddət sonra xəbər mediası “Çaqqallar kəndə hücum etdi” başlıqlı məlumat yaydılar: “Yırtıcılar Salamat Hacıyev və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu heyvanı yaralayıblar. Maraqlısı odur ki, çaqqallar gecə yox, məhz səhər saatlarında heyvanlara hücum ediblər”.

Bu iki xəbər yaddaşımda birləşdi və xatırladım ki, haqqında “modernizmin banisi”, “bəşəriyyətin müəllimi” kimi fikirlər sələndirilən böyük çex yazıçısı Frans Kafkanın “Çaqqallar və ərəblər” adlı maraqlı novellası var. Bu novellanı ötən əsrin 90-cı illərində oxumuşdum. Ərəblərin ölkəmizə yeni axını da bir yandan mənim marağımı daşırdı və bu əsəri yenidən vərəqlədim.

Novella avropalının bir ərəb və bir çaqqalla dialoqundan bəhs edir: «Biz vadidə düşərgə salmışdıq. Yol yoldaşlarımız yatırdı. Yanımdan ucaboy, ağbəniz bir ərəb keçdi; dəvələri yerbəyer edib yatmağa gedirdi. Arxası üstdə otluğa uzandım, yatmaq istəyirdim, uzaqda ulartısı eşidilən çaqqallar birdən-birə yaxında peyda oldular. Biri arxadan yaxınlaşdı, qolumun altından sivişib mənimlə göz-gözə danışmağa başladı: “Bu göz işləyən yerlərdə ən qoca çaqqal mənəm. Səni burda salamladığıma görə özümü xoşbəxt sayıram. Az qala, ümidimi itirmişdim, çünki səni çoxdandır ki, səbirsizliklə gözləyirik; anam gözləyib, onun anası gözləyib, daha sonra onların da ana və nənələri, düz bütün çaqqalların ulu anasına qədər. İnan buna!” Bərk heyrətlənən avropalı onların istəyini soruşur. Qoca çaqqal dillənir: “Bilirik ki, şimaldan gəlirsən, ümidimiz də elə bunadır. Burada ərəblər arasında tapılmayan ağıl orada var. Bilirsənmi, yemək üçün onlar heyvanları öldürürlər və leşdən zəhlələri gedir”. Şimaldan gələn qoca çaqqala xəbərdarlıq edir: “Belə bərkdən danışma, yaxınlıqda ərəblər yatır”.

Qoca çaqqal: “Dünya bina olandan çaqqal heç bir ərəbdən qorxmayıb. Onlardan qorxaq? Belə bir xalqın içinə düşməyimizin özü bədbəxtlik deyilmi?”

Avropalı: “Ola bilsin, ola bilsin, - dedim, deyəsən, bu, çoxdanın davasıdır; bəlkə, qanınızdadır; ola bilsin, elə qanla da sona yetsin”.

Qoca çaqqall: “Çox ağıllısan, dediklərin bizim qədim nəsihətimizə uyğun gəlir, biz gərək onların qanını içək ki, davamıza son qoyulsun. Yazıq məxluğuq, bacardığımız bircə dişləməyimizdir; hər şeydən ötrü - istər yaxşılıq olsun, istər pislik - yalnız dişimiz kara gəlir. Ağa, gərək sən dünyanı ikiyə bölən davamıza son qoyasan. Ərəblərdən barış istəyirik; nəfəs almalı hava, üfüqə qədər onlardan təmizlənmiş məkan; ərəbin kəsdiyi qoyunun fəryadını eşitmədən; qoy heyvanlar öz əcəli ilə ölsün; onların qanını sərbəst içək, leşlərini sümüyə qədər təmizləyək. Təkcə təmizlik, təmizlikdən başqa heç nə istəmirik” - hamısı ağlayıb hıçqırmağa başladı.

Qoca çaqqal monoloquna davam edir: “Onların ağı da murdardır, qarası da; saqqallarının özü bir dəhşətdir; göz qıyıqlarına baxanda tüpürmək istəyirsən; qollarını qaldıranda qoltuqları cəhənnəm kimi ağız açır. Ona görə də, ey dəyərli ağa, sənin hər şeyi bacaran əllərinin köməyi ilə qayçını götür boğazlarını üz!”

Onun başının işarəsi ilə çaqqallardan biri yaxınlaşıb köpək dişində pas basmış bir tikiş qayçısı gətirdi.

Birdən ayağını sürüyə-sürüyə bizə yaxınlaşan ərəb sarvanımız qışqırıb nəhəng qamçını havada oynatdı. Hər şey gözlənilməz oldu, ancaq çaqqallar bir xeyli uzağa çəkilib durdular. Sarvan: “Nə qədər ki, ərəb sağdır, bu qayçı çöldə dolaşacaq və son günə kimi bizdən əl çəkməyəcək. Böyük əməl üçün o, hər avropalıya təklif olunacaq; hər bir avropalı onların gözündə buna qadir insandır. Bu heyvanlar ağılsız ümidlərindən əl götürmür. Xalis dəlidirlər. Buna görə də onları sevirik, onlar bizim itlərimizdir; sizinkilərdən çox-çox gözəl. Baxsan, pis olmaz, gecə dəvələrdən biri ölüb, cəmdəyini bura gətirmişəm”.

Dörd nəfər ağır leşi qabağımıza uzatdı. Yerə təzəcə qoymuşdular ki, çaqqallar ulaşmağa başladılar. Sapa düzülmüş kimi qarınları üstdə, hərdən də duruxa-duruxa bizə yaxınlaşdılar. Ərəbləri, nifrəti yerli dibli unutmuşdular, kəskin iy verən cəmdək onların ağlını başından almışdı. Hamısı dağ boyda cəmdəyin üstünə döşəndi. Bu vaxt sarvan onları eninə-uzununa qamçıladı. Çaqqallar başlarını qaldırdılar; yarıməst, yarıhuşsuz; qarşıdakı ərəbi gördülər; qamçının zərbəsini daddılar, bir sıçrayışla arxaya çəkilib, xeyli geri qaçdılar. Bir azdan çaqqallar dözə bilmədilər; yenidən özlərini leşin üstünə atdılar; sarvan qamçını yenidən qaldıranda onun qolundan yapışdım və dedim: “Haqlısız, ağa. Qoy işlərində olsunlar; həm də yığışmaq vaxtıdır. Onları özün gördün. Qəribə heyvanlardır, deyilmi! Həm də bizə necə də nifrət edirlər!”

...Bu minvalla Kafkanın əsərini yenidən oxuyub fikrə getdim. Nə qədər böyük yazıçı olsa da, amansızdır. Qəddardır Kafka. Ərəblərə bu nə münasibətdir - dedim. Sonra yadıma yazının əvvəlində verdiyim xəbərləri saldım. Mən ərəbləri - heç vaxt nifrət etmədiyim, həmişə sayğı ilə yanaşdığım bir xalqı Kafka kimi obrazlaşdırmaram. Bunu bacarsaydım belə.

Amma ərəb olmur, kim olur-olsun, dəyişmək gərək deyilmi? Tarix heç olmasa səhra küləyi qədər təsirli deyilmi?

Niyə ərəblərin səhrada qızlara təcavüzü, çaqqalların kəndlərə hücumu xəbərləri və ən nəhayət, onların çoxluqla ölkəmizə axışması, qəbuledilməz davranışları Kafkanın o qəddar əsərini xatırlatmalıdır? Həmişəmi belə olacaq?

Mən Kafka qədər amansız deyiləm, amma suallar vermədən də ötüb keçə bilmirəm. Mən öz xalqıma qarşı da bu sualları verməkdən çəkinmirəm və yeri düşdükcə səsləndirirəm.

635x100

Şərhlər

Qambay 2017-11-26 16:39:54

Modernist,prozaik və absurd ədəbiyyat təmsilçisi kimi tanınan yazıçı Frans Kafka Avropada yaşasa da yəhudi əsilli olub.Yəhudilərlə ərəblərin qonşuluğu,munasibətləri erməni çoxluğunun bizə münasibəti kimidir.İki xəstə,sadist ərəbin vəhşi hərəkətlərini bütöv xalqa şamil etmək olmaz!Bu münasibətlər tənqidə layiqdir,təhqirə yox!

Mirzə AĞ 2017-11-26 16:39:54

Bravo, Etibar müəllim!

Taliw 2017-11-26 16:39:54

menim duwunceme gore erebler doqurdanda vehwi ,iyrenc milletdir, hetda Allah Tela onlarin icinden Mehemmed peyqemberide cixardi ki adam olsunlar gorunen odur alinmir.

Gurcustanli balasi 2017-11-26 16:39:54

Eziz gozel insan. Senin xeberin varmi ki, nece boyuk insansan. Etibar bey Senin fikirleshib yazdiglarin menim ureyimden kechenlerdi. Sen hemishe menim ureyimden kechenleri yazirsan. Menim tehsilim seninki qeder olmadigina gore fikirleshdiklerimi bu cur ifade ede bilmirem. Her bir sahede bu cur deyirsen. Milletin 30% senin kimi fikirlesherdi kash. Seni seven Gurcustanli Balasi

ARİF 2017-11-26 16:39:54

BU QIZLARIN ƏRƏBLƏRİN YANINDA NƏ İŞLƏRİ VARDIR?

Elvin 2017-11-26 16:39:54

Kafkanın bele irqçi olduğunu bilmirdim..Etibar bey görünür exlaqsızlarla bağlı xeberin tesiri altına düşüb. Ereb turistlerin ve ereb sermayesinin gücünden nece olur ki medeni Avropa, ABŞ faydalanır, onlara gülden ağır söz demir, biz de erebleri celb etmeliyik, onlara nifret etdirmemeliyik. Exlaqsızlara her yerde var rast gelirik, Dubayda, Türkiyede, dünyanın her yerinde..

Nüşabə Hüseynli 2017-11-26 16:39:54

Etibar müəllim Sizə təşəkkür edirəm. Ərəblər "Tarqovı" deyilən ərazidə özlərini dəhşətli dərəcədə tərbiyəsiz aparırlar. Qadınlara, qızlara sataşırlar. Yayda biz rayonlara bunların əlindən dincəlməyə getmədik. Böyük biabırçılıqlar baş verir.

Dr.AGAOGLU 2017-11-26 16:39:54

AZPOLITIKA-menim munasibetimi niye vermediniz.Etibar Aliyevin Telefonunu ozunun raziligi ile yazin.Zeng edib yaziya munasibetimi telefonda ozune bildirim.

Etibar Əliyev 2017-11-26 16:39:54

Salam hörmətli Dr.AGAOGLU mənim telefon nömrəm: 050-370-82-28

Van Gogh-dan Nurəddinə 2017-11-26 16:39:54

Məlumunuz olsun ki, ölülər dirilmir. Amma sizin kimi diri ikən ölənlər təəssüf ki, çoxdur.

Van Gogh 2017-11-26 16:39:54

Etibar bəy, şərhlərimi sırf yəhudi məsələsini əla bildiyim üçün yazmışam. Siz yəhudilər haqqında kifayət qədər bilsəydiniz, sizi inandırıram ki, bu məqaləni heç yazmazdınız. Dünyanın Oksford, Harvard və s. aparıcı kimi universitetlərində yəhudilərin necə irəli çəkilməsi barədə araşdırma aparsaz, 1000-lərlə "dahi şəxsiyyətlər"məsələsinə aydınlıq gələr) Bilirəm ki, yəhudilər pul, şantaj, qətl yolu həmişə hamını susdurub, lakin bizim jurnalistlərin qorxusunu, itaətini və marağını heç cür başa düşə bilmirəm.

Van Gogh-dan Etibar bəyə 2017-11-26 16:39:54

Mən isə əksinə - sizin məqalənizi planı doldurmaq üçün bəsit və tələm-tələsik cızma-qara edilmiş sayıram. Həmkarınız Mirzə Ağ da Myanmada müsəlmanların kütləvi qətlindən ürəkdolusu yazsa da, amma nədənsə fələstinlilərin onillərlə davam edən soyqırımı barədə bir kəlmə yazmağa da cəsarəti yoxdur. Jurnalist qərəzsiz, obyektiv və cəsarətli olmalıdır, Etibar bəy! Bundan sonra sizə cavab yazmağı və uzun-uzadı mübahisə etməyi lazım bilmirəm.

Etibar Əliyevdən Van Gogha 2017-11-26 16:39:54

Harvard və Oksford Universitetləri ilə bağlı fikirlərinizdən sonra tam əmin oldum ki, yəhudilər haqqında fikrləriniz həqiqətən ibtidaidir. Bu cür yanaşma ilə Dünyada hansı millətin elmlər sahəsindəki çəkisini bilməzsiniz. Götürdüyünüz ləqəbdən başa düşürəm ki, cavan adamsınız. Son şərhinizdəki işlətdiyiniz fikirlərə bənzər fikirlərlə heç kiminlə mübahisə etməyin. Heç nə yaratmadan, heç nə etmədən yekə-yekə danışanların boşluğu get-gedə çoxalır.Faciədir...

Oğuz 2017-11-26 16:39:54

Bilmiyənlər üçün yazaq, yəhudilər və ərəblər bir kökə məxsus semit millətidir. Türklər demişkən amca oğullarıdı. İsrailin ikinci dövlət dili ərəb dilidir və orda məscidlərin sayı bəzi müsəlman ölkələrindən daha çoxdur. Biraz savadlanmaq üçün bura baxın "https://www.youtube.com/watch?v=yfuycWcMics" onda biləcəksiz semitlər kimdir. Sadəcə Səd. Ərəb olan rəsmi təriqət sələfilik (vəhabilər) və İran şiyəliyi islamı siyasətə (bura Türkiyədə aiddir indiki hakimyətdə olan AKP bir zat siyasi islamçıdır) qataraq həmişə vay-şüyənlik salıblar.

Nüreddin 2017-11-26 16:39:54

Bu hansı Van Gogh - dur. O qulağı kesik ressam. Dirilib?

Van Gogh 2017-11-26 16:39:54

Davamı - Etibar bəy həm də bilmir ki, yüksək vəzifə tutan yəhudilərin, ravvinlərin pedofiliya ilə müntəzəm məşğul olmaları barədə xəbərlər gec-gec olsa da mətbuata sızır, sadəcə KİV-lər sionistlərin nəzarətində olduğundan bu xəbərlər kütləvi yayılmır. Müəllifin bu müqayisəsi absurddur, sadəcə mövzu qıtlığı yaşayır. Üçüncüsü, bunu bütün ərəblərə şamil etmək düzgün deyil. Və son olaraq: atalar deyib ki, "Suç öləndə olar". O qızların ailə qurub uşaq tərbiyə etməli ikən, ərəblərlə səhrada nə işləri var idi?

Van Gogh 2017-11-26 16:39:54

Birincisi, Kafka yəhudi olduğu üçün onun bu əsəri heç də təəccüb və ya heyranlıq hissi doğurmamalıdır) İkincisi, yəhudilərin özlərinə gəlincə, deyəsən hörmətli Etibar bəyin yəhudilər haqqında bildikləri çoooox azdır. Etibar bəy bilmir ki, sionistlərin əksəriyyəti ruhi cəhətdən problemlidir, bu yaxın irsi xəstəliklər, kütləvi hal almış qan qohumluğu, erkən sünnət, ailə və icma daxilində sərt qaydalar, zorakılıq və s. amillərlə izah olunur.

Etibar Eliyev 2017-11-26 16:39:54

Van Gogh, menim yehudiler haqqında bilgilerim çox yüksekdir. Bilmediyiniz şeylerden yazmayın. Sizin beşeriyyete 1000-lerle dahi şexsiyyet bexş eden milleti tehqir etmeye haqqınız Yoxdur. Elm sahesinde 2 Nöbel alan ereb alimin müellimleri de yehudi olub. Fikirleriniz çox besit ve cehalet xarakterlidir.

Qulu Məhərrəmli 2017-11-26 16:39:54

Etibar bəy, həmişə olduğu kimi, hədəfi dəqiq vurur. Gözəl, mənalı və düşündürücü yazıdır. Məncə, bu yazının bir amacı da var: sadəcə ərəblər haqqında yox, özümüz barədə də düşünək, yəni dəyişmək üçün...

Son yazılar