Sabiq deputat, elm və təhsil bilicisi Etibar Əliyev Novruz tətili günlərində feysbukda “Novruz mühazirələri” təşkil edib.
E.Əliyevin “Dahilik fenomeni” adlı sayca doqquzuncu mühazirəsini təqdim edirik:
Böyük rus-amerika şairi, Nobel mükafatı laureatı İosif Brodski yazırdı: "Dahilik şəxsi uğur sayıla bilməz. Anadangəlmə keyfiyyətdir. Digər tərəfdən dahilik fenomenini izah etmək də çox çətindir. Səbəb verginin verilmə dərəcəsinin müxtəlifliyindədir."
Nəhəng intellektual, Nobel mükafatı laureatı Bertran Rasselə görə dahi şəxsiyyətlərin mənəvi dünyasında sirli, sezilməyən, ələkeçməz xüsusiyyətlər gizlənir: “Onlar böyük zəkaya, dərin intellektə, iti ağıla, iti yumora sahib olurlar. Soyuqqanlılıq faktoru da mühüm rol oynayır, heç bir gərginlik keçirmədən müşahidəçilik qabiliyyəti xüsusilə qeyd olunmalıdır”.
Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar: “Elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 % təşkil edir və elm üzrə yüzdə 20% Nobel mükafatını alıblar. Onlar digər insanlardan daha ağıllıdırlar? Əsla deyil. Sadəcə onların mədəniyyətində elmə, təhsilə önəm verilir”.
Fiziologiya və tibb sahəsində 56 yəhudi, Fizika sahəsində 59 yəhudi, Kimya sahəsində 35 yəhudi, iqtisadiyyat sahəsində 34 yəhudi Nobel mükafatına layiq görülüb. Ədəbiyyat üzrə bu mükafata layiq görülənlər 18 nəfərdir. Dahiliklə bağlı iki mühüm faktoru unutmaq olmaz: Ana geni, ana savadlılığı və kitabxana varisliyi. Ana savadlılığı məsələsini böyük yazıçımız Yusif Vəzir Çəmənzəminli əsərlərində önə çəkib.
Dahiliyin erkən yaşlardan ortaya çıxması ilə bağlı bir neçə misal göstərəcəm:
Bəşəriyyətin ən böyük riyaziyatçılarından biri İzrail Moiseyeviç Gelfanddır. 15 yaşlı Gelfandı valideynləri appendisitdən əməliyyat üçün Odessadakı xəstəxanaya gətirirlər. O, inadkarlıqla atasına deyir ki, ali riyaziyyatdan kitab gətirməsə xəstəxanada yatmayacaq. Valideynləri ona Belyayevin ukrain dilində yazdığı "Ali riyaziyyat" kitabını tapırlar. Birinci cild differensial tənliklərə aid olub. İnteqral tənliklər olan ikinci cildə pulları çatmayıb. Gelfand kitabı 12 günə oxuyub qurtarır. Gələcəyin böyük riyaziyyatçısı 16 yaşında Moskvaya gəlir. Sonra Moskva Dövlət Universitetində seminarlarda iştirak edir. 19 yaşında nə orta məktəbi, nə də ali məktəbi bitirmədən akademik Andrey Kolmoqorovun aspirantı olur və ona dərs deməyə icazə verirlər. Gelfand 1940-cı ildə - 27 yaşında doktorluq dissertasiyası müdafiə edir. 1953-cü ildə Akademiyanın müxbir üzvü seçilir.
Bakıda anadan olmuş Lev Landau cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinin eyni zamanda iki fakültəsinə - Fizika-riyaziyyat və kimya fakültələrinə daxil olur. Lev Landaunun atası oğlunu uşaq yaşlarında musiqiçi olmağa məcbur edib.
Ata və oğulun dialoqundan:
- Eşit və unutma, sən bir də musiqi müəlliminin sözünə baxmasan və gündə 1 saat royal arxasında oturmasan cəzalanacaqsan.
Lev susur. O, çalışır ki, atasının üzünə baxmasın. Anası da atasının tərəfini tuturdu və istəyirdi ki, David Lvoviç onun iradəsini sındırsın.
Qapının arxasından atası səsini ucaldır:
- Soruşuram səndən, sən musiqi ilə məşğul olacaqsanmı?
- Olmayacam.
- Nə üçün?
- Ona görə ki, mən musiqini sevmirəm. - Oyun texnikasını əxz edəndən sonra sevəcəksən. Və mənə minnətdar olacaqsan ki, səni buna məcbur etdim.
- Yox, istəmirəm.
Ortaya sükut çökür.
- Yaxşı sənə düşünmək üçün bir gün vaxt verirəm. Sabah bu mövzuya qayıdarıq. Yatmamışdan əvvəl anası onu öpmək istəyir, Lev onu möhkəm qucaqlayır:
- Sən bizə qulaq asacaqsanmı? - soruşur.
- Ananı peşman etmək istəyirsən?
- Yox.
- Onda royalda çalmağı öyrənəcəksənmi?
- Lev başı ilə "yox" deyir.
Bundan sonra valideynləri Levi musiqi ilə məşğul olmağa məcbur etmirlər.
Lev Landau 21 yaşında elmlər doktoru elmi dərəcəsini alır, 27 yaşında akademik olur, 1962-ci ildə isə Fizika üzrə Nobel mekafatına layiq görülür.
Eduard Frenkel - vunderkind riyaziyyatçıdır.
21 yaşında Moskva Dövlət Universitetinin tələbəsi ola-ola Harvard Universitetinin professoru seçilib. Və həmin universitetə işə qəbul olunur.
Karl Landşteyner 23 yaşında tibb üzrə doktorluq müdafiə etmiş və 1930-cu ildə “Qan qrupu”nun kəşfinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
Bəşəriyyətin ən nəhəng riyaziyyatçılarından biri sayılan Anri Puankare haqqında:
Punkare 4-cü sinifdə oxuyanda, günlərin birində sinif müəllimi onlara gəlir. Və anasına bu sözləri deyir: "Madam, sizin oğlunuz böyük riyaziyyatçı olacaq!" Madam Puankare yerində donub qalır. Müəllim bu sözləri də deyib onların evini tərk edir: "Mən demək istəyirəm ki, Sizin oğlunuz böyük riyaziyyatçı olacaq".
Müəlliminin sözü təsdiqini tapdı: Anri Puankare bütün dövrlərin ən böyük riyaziyyatçısı oldu.
Milliyətcə yəhudi olan Qüstav Maler dirijorluq sənətini musiqiyə gətirdi, opera teatrını funksiyalaşdırdı. XX əsrdə bəstəkarlıq sahəsində simfonizm konsepsiyasının təyinatını verdi. Malerin bioqrafiyasında məni heyrətə gətirən bir məqamı sizinlə bölüşmək istəyirəm: "Bir dəfə atası Bernhard balaca Qüstavı özü ilə meşəyə aparır. Birdən Bernhardın yadına düşür ki, evdə nəsə unudub. Oğlunu kötüyün üstündə otuzdurub deyir: "Buradan tərpənmə, tələsik qayıdıram". Evə qayıdan Bernhardın başı gələn qonaqlara qarışır və gecədən xeyli keçmiş meşədə qalan uşaq yadına düşür. Ər-arvad vahimə içində meşəyə qaçır. Onlar Qüstavı həmin götüyün üstündə oturmuş vəziyyətdə görürlər. Uşaq nəyəsə qulaq asırmış kimi çox sakit idi. Gələcəkdə nəhəng simfonik əsərlərin müəllifi bir neçə saat meşədəkı quşların və kilsənin zəng səsinə qulaq asıb. Malerin bioqrafı Endjel yazır: "Uşaq baxışlarının qeyri-adi möcüzəsi - Maler simfoniyasının ruhudur. Meşənin göbəyində qalan uşaq nirvana vəziyyətinə düşür, böyüyür və misli bərabəri olmayan "Torpaq haqqında nəğmə" simfoniyasını yazır. Bu simfoniyanı təbiət həyatının nəğməsi - evolyusiyanın beşik nəğməsi adlandırırlar. Bu hadisədən sonra Qüstavın nənəsi və babası onlara qonaq gəlir. Qüstav onların yanından qəflətən yoxa çıxır. Uşağı axtararkən qarşılaşdıqları mənzərə onları heyrətə gətirir. Qüstav çardaqda yerləşdirilmiş köhnə pianinonun dillərini ehtirasla basır, sanki bu hərəkətindən həzz alırdı. Gələcəyin böyük musiqi dahisi heç kimin ona öyrətmədiyi məşhur melodiyaları uşaq yaşlarından götürə bilmişdi".
Malerin 5-ci simfoniyası möcüzədir. 100-lərlə belə misallar gətirmək olar.
Uşaqlarımızda dahilik fenomenini dərhal üzə çəxarmalı və onu inkişaf etdirməliyik.
Təəssüflər olsun ki, bunu bacarmırıq...

Şərhlər
Əvvəlcə DAHİLİK nə olduğunu dərk etmək.sonra onu xırdalamaq olar..Dahi ona deyilir ki,özünən sonra illərlə xalqına lazım olan ədəbiyyat,incəsənət əsəri.xalqının yaxşı yaşaması üçün fundamüünt yaratma,ölkənin ixrac potensialını yüksəldən texnologiyalar.aza.sərbəst yaşam şəraiti.insanların konstitusion hüquqlardan istifaəsi.toxunulmazlığı və bu kimi şəraiitlər yaranmaına çalışsın və yaratsın. Ay Etibar bəyŞbəs bizdə bu məsələlər nə haldadır?Pafoslu bənzətmələrdən yorulmadınız7
Чуть ли не стал? Цепь, этакая связка, между членами которой не проходима капля воды! В РФ 0,2%, а доля 33% спросите Мишустина?
Qədim türk Şahmatı-gör, öyrən, təhlil-tədqiq et, tətbiqə çalış-halal qazan şərtlidir. Nobelin pul-maliyyə qazanc təfəkkürü Azərbaycanın işğüzar mühitində formalaşıb! Zəki iqtisadi təhlilçi Abşeron Neft gəlirindən o zaman elə şərtli maliyyə-bank fondu yaradıb ki, hələ də qurtarıb-bitmir? Hazırda Neftdən başlanmış hansı fondumuzu Nobel fondunun şərtlərini dəqiq öyrənəndən sonra yaratmışıq?
Azərbaycan uşaqları da digər uşaqlar kimi 5 yaşına qədər dahi olurlar. Onları bədbəxt eləyən azərbaycanlı analardıır. Uşaqla ana məşğul olur, adətən. Bizim analarınsa uşaqla məşğul olmağa vaxtları yoxdur. Baçları qiybətdən açılsa, dahilərimiz də yaranar...
Bizim.de Yusif Memmedeliyev ,Azad Mirzecanzade , Uzeyir Hacibeyli kimi dahilerimz var amma Sovet dovrunde qeyri rus milletlerini cox da one vermeyibler..
Lütfən Azadın şərhini təkrar izləyin? Mancanaq da, Samotlor-Tümen də, neft və alışdırıcılar və çoxsaylı Qəbul Etmədiyimiz kəşf-ixtiralar da Azərbaycandan məqbul sayılmamış kimi sonradan Bakı arxivlərində yüzlərlə uzaq xaricə çıxarılıb?
Nobeli yetişdiren Azerbaycan niye öz ovladlarından Nobel “yarada bilmeyib ki adına Beynelxalq mükafat tesis etsin.Sebeb???
Neft-boy maddəni mərhum kimya üzrə alim Şıxbala Əliyev ( 1959-1962 illər ) kəşf edib.
Bu nə düşünür?
Bütün dünya yəhudi kəlləsi ilə idarə olunur və inkişaf edir...
Dünyada iki mütereqqi millet var ki ,uşağın müeyten ysş dövründe onun istetadının müeyyen edilmesi üçün peşekar mütexessislerden ibaret komissiya onları testden keçirib onların müellim ve vslideynlerine lazımı tövsiyyeler verirler.Bı ölkeler Yaponiya ve Almaniyadır.
Dünya aləmində hər şüurlu zəki bəndə hər səmərəli kəlami-tövsiyəni daimi ibadət istinadğahına çevrsə də, azərbaycanlı nədənsə, elə Atalar sözləri ilə Ana türkün birgə həyat postulatlarından, dəyərli tövsiyələrindən belə biganəliklə imtina edirik?
Dərin bilgili fəal Filosof E.Əliyev də uzaq aləmi heyranlıqla öyrənib-təqdim edir və hamımız kimi xəbərsiz görünür? Nizami, Xaqanı klassikası, Ordubadi, Məmədquluzadə, Axundzadə sivil-dünyəvi intibah fəlsəfəsi, Məmədəliyev, Zülfüqarov, Mirzəcanzadə, Kərimov və d.? Zülfüqarovun *Neft-boy* maddəsi gübrələrin, Kaveroçkinin hidromüərriki nəinki geoloji qazmaya, reaktiv mühərriklərə inqlabi sıçrayışlar veriblər! Nobeli də Azərbaycan yetişdirib!