Menu

Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb

31.03.2025, 19:34
Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb

Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.

Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.

Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.

Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!

Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.

Şərhlər

Bəhlal Siyasətkar 2025-04-01 12:48:45

Dünən Ermənistanın Azərbaycana növbəti Hərbi atəşləri günü BakıTVnın *Xalqımıza qarşı soyqırımın hansısa mühakmə olunubmu?* sualına *Biz qalib gəlmişik!* cavabı verildi. Bəli, son (1987-94) Hərbi genosid işğal ərazisini dövlətimiz 33 ilə azad edib! Bəs, varlığımıza qarşı Hərbi də daxil genosid cəhdlərini yox etmiş və ya tam qalib gəlmişikmi?

B.Qarabağlı ilkin Şərhə 2025-04-01 11:28:52

Mərkəzi avropa dövlətinin yüz milyonluq alman nümayəndəsinə faciəvi tariximizi anladıb-*dost olaqmı?*, ya *terrorçumuza möhkəm DAYAQ-DOST ol!* mesajimı diplomat münasibət sayılar?

müller 2025-04-01 01:33:52

Azərbaycanın Almaniyadakı səfiri də, işçiləri də alman cəmiyyətinə yamaq adamlardırlar. Səfir ingilis ləhcəsində səhvlərlə dolu almanca danışır, əməkdaşları isə ümumiyyətlə fəlakətdirlər. Kənardan baxanda, səfirlik karlar və korlar cəmiyyətinə bənzəyir. Görəsən, Xarici İşlər Nazirliyi belə adamları haradan tapıb-buralara göndərir, görəsən, burada məqsəd nədir: Azərbaycanı daha çox biabr etmək?! Bir Azərbaycanlı olaraq, onlara baxanda utanıram. Əksəriyyəti də alverlə məşğul olurlar. Elə bilirsiniz ki, alman dövləti bunların kim olduğunu bilmir. Ona görə də onların gözü alman dövlətinin qarşısında kölgəlidir.

bir səfirin yalanları 2025-03-31 20:40:29

maraqlı haldir, bu Almaniya-Ermənistan dostluğundan xəbər verir, əgər almanlar ermənilərlə dostdurlarsa, demək, onlar da Fransanın yanında yer alıblar. Ancaq bizim ALmaniyadakı səfirimiz cənab Nəsimi Ağayevon sosial şəbəkə kanalarını izləyəndə düşünürdüm ki, Almaniya Azərbaycanın dostudur, hətta müttəfqidir, ancaq indi belə şeylər üzə çıxır. Əgər deyilənlər doğrudursa, onda cənab səfir ya münasibətlərin real durumundan bixəbrdəir, ya da yalan danışır. Hər halda Xarici İşlər Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Nəsmi Ağayevin müsahibləri, çıxışları, tvittleri bir şey deyir, almaniyanın rəsmi siması federal prezident is ayrı şey.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol