Menu

Proqramda aparıcının səsləndirdiyi subyektiv fikirlərlə bağlı qanun çərçivəsində tədbir görüləcək

31.03.2025, 17:55
Proqramda aparıcının səsləndirdiyi subyektiv fikirlərlə bağlı qanun çərçivəsində tədbir görüləcək

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.

Bu barədə Audiovizual Şuaradan məlumat verilib.

"Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Şərhlər

Adam 2025-03-31 18:21:45

Bu onun öz fikridir. , burada qeyri-adi birşey yoxdur.Şəxsən mən boşanmış ailənin qızını oğluma istəmərəm. Atası rəhmətə gedibdirsə, problem yoxdur, həyatdır. Amma, boşanmış ailədən istəmərəm. Çünki, ətrafımda olanlara baxıram. Boşanmış ailənin qızkları çox sərbəst olurlar və boşanmalara çox rahat yanaşırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol