Menu

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

31.03.2025, 22:12
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol