Menu

“BAKIYA BİLET TAPA BİLMƏDİM” - Allahşükür Paşazadə

31.03.2025, 00:26
“BAKIYA BİLET TAPA BİLMƏDİM” - Allahşükür Paşazadə

Xəbər verdiyimiz kimi, bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Şeyx “Unikal”a açıqlama verib.

Onun sözlərinə görə, səhhətində heç bir problem yoxdur:

“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:

“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.

Şərhlər

sadiq 2025-03-31 17:47:23

İstanbuldan Bakıya çoxlu reys var. İstəsəydi gələ bilərdi. Biznes yerleri də təyyarlərdə demək olar ki boş qalır yüksək bilet qiymətinə görə. İstəsəydi biznes klass yerinə bilet alardı.

SƏNAN-A 2025-03-31 14:43:29

Bunun Azərbaycana utancverici oıduğunu hamı bilir..Amma bundan da yekə utancverici qarışıq millilər va (Prezident aparatl.hüquq mühafizə ,məhkəmə,təhlükəsizlik orqanları ).

Senan 2025-03-31 13:27:06

Məmmləkət utanclarla doludur bu da utancın lap yekəsi.təəccůblənməyə dəyməz...

Roma 2025-03-31 01:58:31

Burada deyiblər: "Üzürü günahından betər"..."Bakıya bilet tapa bilmədim"???...Belə bir insanın 45 il Şeyxülislam olması Xalqımız, Millətimiz üçün utancvericidir.

безполитика 2025-03-30 21:17:02

бишмиш тойугун кулмеки келир

Kamil Verdiyev 2025-03-30 17:59:33

Allahşükür ömrü boyu yalan danışdı.Bu yalana kim inanar? Guya o bilmirdi ki,Ramazan bayramı nə zamandır və o namazda olmalıdır?Türkiyədə bir bilet almaq ona problem idi? Nə qədər insan yalan danışar?Utanmasan oynamağa nə var ki? Keyfdə olub.heç Ramazan yadına da düşməyib.Doğrusu budur.Belə adamın şeyx sayılması Azərbaycana utanc gətirmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol