Menu

SEPAH Körfəzdə iki xarici neft tankerini ələ keçirib

31.03.2025, 21:29
SEPAH Körfəzdə iki xarici neft tankerini ələ keçirib

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə iki xarici neft tankerini ələ keçirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Dairəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, “Star 1” və “Wintag” adlı neft tankerləri 25 nəfərlik heyətlə hərəkət edib və onların göyərtəsində 3 milyon litrdən çox dizel yanacağı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol