Menu

Rusiyada “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağa ləğv edilə bilər

31.03.2025, 16:48
Rusiyada “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağa ləğv edilə bilər

Rusiya Ali Məhkəməsi aprelin ortalarında ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı Baş Prokurorluğun iddiasına baxacaq.

Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib. İşə bağlı qapılar arxasında baxılacaq.

Məhkəmə “Taliban”ın fəaliyyətinə qoyulan qadağanı dayandırsa, o zaman qərar qüvvəyə mindikdən sonra hərəkat terror təşkilatları siyahısından çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol