Menu

Fransada prezidentliyə əsas namizəd həbs edildi - Nədə ittiham olunur? (Yenilənib)

31.03.2025, 15:37
Fransada prezidentliyə əsas namizəd həbs edildi  - Nədə ittiham olunur? (Yenilənib)

Rusiya hökmü “demokratiyanın tapdalanması” adlandırıb

Son məlumata görə, Fransa millətçilərinin lideri Marin Le Pen 4 il həbsə (bundan ikisi şərtidir) məhkum edilib. O, elektron qolbaqla ev dustaqlığı, 100 min avro cərimə və 5 il seçilməmək cəzasına məhkum olunub.

Bu axşam onun Fransa mətbuatına müsahibəsi gözlənilir. O, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.

Bu arada “demokratik Rusiya”-nın Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hökmü “demokratiyanın tapdalanması” adlandırıb. 

Onun sözlərinə görə, “daha çox Avropa ölkəsi demokratik normaları tapdalamaq yolu ilə gedir, lakin Rusiya buna müdaxilə etmək istəmir və heç vaxt Fransanın daxili işlərinə qarışmayıb”: “Amma ümumilikdə müşahidələrimiz göstərir ki, onlar siyasi proseslər zamanı demokratiyanın hüdudlarından kənara çıxmaqdan qətiyyən çəkinmirlər”.

***

Fransa məhkəməsi ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen və Avropa Parlamentinin daha səkkiz deputatını Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə təqsirli bilib.

Hökm 5 il müddətinə siyasi fəaliyyətə qadağa qoyur. Bu, çox güman ki, Le Peni 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirakdan məhrum edir. Məhkəmə hələ tam hökmü elan etməyib.

Le Pen və onun tərəfdaşları partiya üçün pul oğurlamaq məqsədi ilə Avropa Parlamentində qondarma deputat köməkçiləri işə götürməkdə ittiham olunurdular. Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslərin əməlləri nəticəsində dəymiş ümumi zərər üç milyon avroya yaxın olub.

Məhkəmə iddiaya keçən il sentyabrın sonunda baxmağa başlayıb. İttiham tərəfi Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və ya iki il müddətinə azadlıqdan məhrum edilməsini və 5 il müddətinə seçkilərdə iştirakına qadağa qoyulmasını, 300 min avro cərimələnməsini istəyib.

Siyasətçi 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. O, ittihamlara cavab olaraq bildirib ki, prokurorlar fransızları istədikləri şəxsə səs vermək imkanından məhrum etmək istəyirlər.

Marin Le Pen 2011-ci ildən 2021-ci ilə qədər Milli Rallinin lideri olub. Le Pen üç dəfə Fransa prezidentliyinə namizəd olub: 2022-ci il seçkisində (ikinci turda ikinci olub), 2017-ci ildə (ikinci turda ikinci olub) və 2012-ci ildə kçeirilmiş seçkilərdə birinci turda üçüncü yerdə qərarlaşıb.

Le Pen Rusiyanın qızğın tərəfdarıdır və o, seçkilərdə Rusiya fondlarından külli miqarda maliyyə vəsaitləri aldığını etiraf edib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2025-03-31 20:21:12

Peskovda demokratiiyadan danışırsa ,deməli Rusya düzəlib .Həbs olunası zibildir ,çünki o da Fransız şovinistidir ,Kremlin qulbeçəsidir

Barış Mindilliyev 2025-03-31 17:01:45

İran soyköklü Em.Makron gözləniməz Ukrayna mühafizəkarı kim çıxış etsə də, *Milli* Rallinin çoxillik lideri Kremlin tərəfdarı olma ehtimalı daha yüksəkdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol