«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Sudanın Prezidenti Ömər əl-Bəşir «RİA Novosti» agentliyinə verdiyi müsahibədə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Sudanı 5 ayrıca dövlətə parçalamağa çalışır.
Cümə axşamı Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə görüşü zamanı əl-Bəşir bəyan edib ki, 2011-ci ildə Cənubi Sudanın ayrılması ABŞ siyasətinin nəticəsi olaraq meydana gəldi. O, əlavə edib ki, ölkəsi ABŞ-ın ərəb ölkələrinin işlərinə qarışmasına qarşı çıxış edir.
«Bizim əlimizdə məlumat var ki, əgər yetərli müdafiə tapa bilməsək, ABŞ Sudanı 5 ayrı-ayrı dövlətə parçalamaq niyyətindədir» - deyə, əl-Bəşir qeyd edib.
Sudan Prezidenti əlavə edib ki, ölkəsi «ABŞ-ın böyük təzyiqləri və sui-qəsdləri» ilə qarşılaşır. Onun sözlərinə görə, son vaxtar «ərəb dünyasını soyub-talayıblar». Prezident nümunə olaraq Əfqanıstandakı, İraqdakı, Suriyadakı və Yəməndəki situasiyanı önə çəkib.


Şərhlər
Ay ömer el beşir eger planda varsa ameruka onu senlide sensizde edecek yalandan bandit putinnen kömek umma oda amerkaya işleyir silahnı satmaq ücün
A kiwi vaxtinda gedinki sora xal1 ayaga qalxanda abw i gunahlandirmayin..