Menu

150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb

27.11.2017, 20:50

qizil-zinet-eshyalari-2Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi olan Azər Nazim oğlu Müzəfərrov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol