«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma Papası Fransiskin Myanmaya «tarixi və sürüşkən» səfəri başlayıb.
Vatikan nümayəndələrinin verdiyi xəbərə görə, səfərin məqsədi - katolikləri həvəsləndirmək (Myanmada çoxmu katolik yaşayır, yoxsa pontifik «katolik» deyərkən, «bütpərəst»ləri nəzərdə tutub? - red.») və «dəyişiklikləri dəstəkləmək»dən ibarətdir (rohincələrin Myanmadan qovulması dəyişikliyinimi? - red.).
Xəbər verilir ki, Papanın səfəri çərçivəsində rohincə xalqı «ətrafında»kı mövzu rəsmi olaraq, qaldırılmayacaq (rohincə xalqına qarşı Myanma hakimiyyətinin yeritdiyi amansız genosid siyasətini «dilə-dişə salmamaq» üçün? - red.).
Pontifik Myanmadan Banqladeşə «adlayacaq». Məlum olduğu kimi, məhz bu ölkə son vaxtar Myanmadan qaçan 600 min nəfər müsəlmanı qəbul edib.
Güman ki, Papa müsəlmanlara qarşı həyata keçirdiyi genosidə görə, Myanma hakimiyyətinə təşəkkür etdikdən sonra, Banqladeş hakimiyyətinə «onlara sığınacaq verməyin - qoy, məhv olsunlar» məzmunlu tövsiyyəsini verəcək...
Dalay Lama isə öz susqunluğu ilə Papaya həmrəylik dəstəyi nümayiş etdirmiş olacaq...
Bəs, İslam lideri hanı?!

Şərhlər
muselmanlar o gune qalib ki,dunya onlardan zerre qeder cekinmir.Evveller bele olmaiyb.