“Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.
O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: "Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.


Şərhlər
Heyvanlar o tərəıfə qalsın,sadə camaata qarşı məmurlar vəhşilik edirlər.Bunun qarşısını almaq lazımdır.Hazırda dövlət cərimələrin 25 faizini icra məmurlarına ayırmaqla, onları yaramaz və dələduz həddinə çatdırıb.Cərimələrdən pay ayırma siyasəti bizi mağara həyatına yönəldə bilər.Biz,əxlaqımıza ziyan vuracaq "cərimədən pay" siyasətinə qarşı durmalıyıq.Bu yol dövlətçiliyimizi sarsıda builər.Bu siyasət rusiya kimi ölkələrdən gəlir.
Eldar bəy güya insanlara qarşı münasibət dövlət orqanlarında bundan yaxşıdır?Müraciətlər baxılmır,şikayət yerində qalır,işsizlik aşıb-daçır,məmur özbaşınalığının ölçüsü yoxfur,müavinət və pensiyalardan danışmağa dəyməz,bahaçılıq baş alıb gedir,hökumət fəaliyyəti yarıtmazdır,Milli Məclisin sərbəst fəaliyyəti görünmür,qanunlar istəklərə görə dəyişir,millət rəzalət içərisində boğulur.
Öncə insanlara,sonra heyvanlara qayğı düşünülməlidir.Çünki heyvanlara insanlar qayğı göstərir.Siz isə...
A muellim,sen ne qoyub ne axtarirsan,muharibe weraitinde yawayiriq,hele bunada wukur,aparilan ugurlu siyasetin neticesidir ki,dovletciliyimizde sarsilmayib,sarsilmayacaqda!ermeniler mehv olub,kul ruslarinda basina!!!Qeceniz xeyre qalsin,muellim.
Bu cənab demək istəyib ki, ölkədə insanlar vəhşiləşib və onların "heyvanlar"a qarşı vəhşi münasibəti dözülməz hal alıb...
HEYVANLARIN İNSANA MÜNASİBƏTİ, İNSANLARIN HEYVANA MÜNASİBƏTİNDƏN YAXŞIDIR.
Sıravi vətəndaşların yırtıcı heyvanlara qarşı vəhşi münasibəti hakimiyyətin cəmiyyətə zidd iqtisadi münasibətində bir neçə qat mülayimdir. Əvəzsiz Aqrar Alimi və Millət Vəkili kimi heç olmazsa "donuz əti-piyi) ixracı əvəzinə idxalını" özünüz üçün ayıb və dövlət üçün aşağılanma hesab etmirsinizmi?