Menu

Ermənistan Azərbaycan əsgərinin meyitini qaytardı - YENİLƏNİB

28.11.2017, 14:19
Ermənistan Azərbaycan əsgərinin meyitini qaytardı - YENİLƏNİB

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən Azərbaycana qaytarılıb.

"Report" xəbər verir ki, onun meyiti Naxçıvanda təmas xəttində təhvil verilib.

* * *

"Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb".

APA-nın məlumatına görə, bu sözləri Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, bu il sentyabrın 27-də Ordubad rayonu istiqamətində itkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlunun axtarışı və sonrakı taleyi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara zamanında müraciət olunub: "Noyabrın 23-də qarşı tərəf məlumat verib ki, həmin istiqamətdə azərbaycanlı hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin kimliyinin müəyyən olunması ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda meyitin qaytarılması üçün danışıqlar gedir. Yaxın günlərdə proseslə bağlı ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti təşkilatlarla birlikdə iş davam edir".

Qeyd edək ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyiti noyabrın 23-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol