AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Sudan Qırmızı dənizdə Rusiyanın hərbi bazasını yerləşdirməyə hazır olduğunu bildirib. Çünki bu, qaçaqmalçılıq və qul alveri ilə mübarizədə kömək edəcək. Bu barədə Sudan parlamentinin təhlükəsizlik və müdafiə komitəsi başçısının müavini Əl-Hadi Həmid «RİA Novosti» agentliyinə danışıb.
O, qeyd edib ki, Rusiya hakimiyyətinin buna razılıq verməsi çox ağıllı qərar olardı. Həmidin fikrincə, əməkdaşlığın uyğun variantı «əla» bir fəaliyyət olar.
Parlament nümayəndəsi Sudanın dəniz sərhədlərində böyük miqdarda sərhəd pozuntusu hallarına diqqət çəkib.
«Gəmilər bizim ərazi sularımıza daxil olurlar - onlar qeyri-qanuni balıq ovlayırlar, balıqçı qayıqları da sərhədləri pozurlar» - deyə, Həmid bəyan edib.
O, əlavə edib ki, Sudan Qırmızı dənizdə qaçaqmalçılıq və qul alveri ilə mübarizə aparmalıdır. Bununla bağlı olaraq, o, Moskva ilə hərbi əməkdaşlığın vacibliyinə diqqət çəkib və qeyd edib ki, yaradılacaq baza hansısa qeyri-adi bir şey deyil. «Bunu, müasir zaman tələb edir» - komitə sədri bildirib.


Şərhlər