«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, noyabrın 25-də Qara dəniz üzərində avia-insident baş verib.
Rusiya müdafiə nazirliyinin (MN) məlumatına görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus kəşfiyyat təyyarəsi siqnallara əhəmiyyət vermədən, böyük sürətlə Rusiya sərhədinə doğru irəliləyib. Cavabında, Rusiyanın Su-30 təyyarəsi onu «tutmaq» üçün havaya qalxmalı olub və istiqamətini dəyişməyə məcbur edib.
Rusiya müdafiə nazirliyindən bildiriblər ki, bu zaman Su-30 təyyarəsinin ekipajı peşəkarcasına davranıb.
Bundan əvvəl Qərb KİV-i Rusiya qırıcısının təhlükəli manevr etdiyini xəbər veriblər.


Şərhlər