Menu

Şəmkirdə işə gedən 2 qadını avtomobil vuraraq öldürüb

30.11.2017, 09:06
Şəmkirdə işə gedən 2 qadını avtomobil vuraraq öldürüb

Şəmkirdə 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən iki qadını avtomobil vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada yerində ölüb.

İlkin məlumatlara görə, hələlik kimliyi bilinməyən hər iki piyada istixanada işləməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol