Menu

Rusiya Şimali Qafqazda hava hücumundan müdafiə sistemini gücləndirib

01.12.2017, 09:42
Rusiya Şimali Qafqazda hava hücumundan müdafiə sistemini gücləndirib

Yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri Rusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə əlavə edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.

“Cənub Hərbi Dairəsində hava sərhədinin və strateji əhəmiyyətli obyektlərin qorunması üçün ən yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri döyüş növbəsinə başlayıb”, - deyə Vadim Astafyev bildirib.

Onun sözlərinə görə, yeni komplekslərin yerləşdirilməsi üçün mövqelərin maskalanması təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol