Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər.
Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: “Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür”.
Qeyd edək ki, KTMT-nin Təhlükəsizlik Şurasının noyabrın 30-da Minskdə keçirilən iclasında Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Rusiya və Ermənistan prezidentləti iştirak edib.


Şərhlər
"xalqların öz müqəddəratını təyin etməsi" ifadesinin KTMT-yə üzv dövlətlərin qətnaməsinde qeyd olunmasi - Daqliq Qarabaqin ve etraf 7 rayonlarin ermeni - rus ishqalinda 30 il olmasina YARDIM
EDIR ve Azerbaycana QARSHI TEHQIRDIR.
KTMT qətnaməsi, ermeni -rus ishqalinda olan Daqliq Qarabaqda ELAVE IKINCI BIR ermeni DOVLETI YARATMAQDIR.
Azerbaycan XIN ETIRAZ NOTA - si TECILI GONDERMELIDIR KTMT-yə üzv dövlətlərə.
Putin, Lavrov ve S. Serkisyan qətnaməsi Azerbaycana
qarshi TEXRIBATDIR.
KTMT-ni yaradanlar Varşava müqaviləsini unudublar.