Braziliyada keçirilən futbol üzrə dünya çempionatında bütün 1/4 final cütlükləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, sonuncu cütlüyü Argentina və Belçika təşkil edib.
Argentina 1/8 finalda İsveçrəni, Belçika isə ABŞ millisini məğlub edib.
Maraqlıdır ki, 1/4 finala ancaq öz qrupunda birinci yeri tutan komandalar çıxıb.
Almaniya -Fransa (04.07, 21.00)
Braziliya - Kolumbiya (05.07, 01.00)
Argentina - Belçika (05.07, 21.00)
Hollandiya - Kosta-Rika (06.07, 01.00)

Şərhlər