Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərində korrupsiya, rüşvət və süründürməçilik hallarının olması barədə çox yazılıb. Hətta bu faktlar zaman-zaman Hesablama Palatasının hesabatlarında da əksini tapıb. Xarici İşlər Nazirliyi bununla əlaqədar tədbirlər görəcəyini bəyan etsə də, problem yenə də qalmaqdadır.
Elə Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda da bu cür haların baş verdiyi iddia olunur.
Adının çəkilməsini istəməyən oxucularımızdan birinin "AzPolitika.info" ya göndərdiyi şikayət məktubunda bildirilir ki, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun əməkdaşları Bursada "bazar" açıb: "Sizə göndərdiyimiz şəkillərə və videolara baxın, zəhmət olmasa. Baş Konsulluq "xidmət haqqı" adını qoyaraq, Bursada rüsumlardan əlavə pul yığır. Bunu da dövlət rüsumu kimi təqdim edib, insanları adadırlar".
Məktubda bildirilir ki, vətəndaşlardan sənədlərin leqallaşması üçün 50 dollar rüsum nəzərdə tutulduğu halda, əlavə 10 dollar da tələb olunur. Subaylıq haqqında arayışın verilməsi üçün 30 dollar dövlət rüsumu nəzərdə tulsa da, sorgu göndərmək adı ilə 30 dollar da əlavə tələb edilir: "Burda "bazar" açıb özlərinə pul yığırlar. Bu hala Türkiyənin digər şəhərlərində də rast gəlinir. Hər bir duyarlı vətəndaş buna etirazını bildirməlidir. Xahiş edirəm bu məsləni işıqlandırasınız ki, tədbir görülsün".
Yazıda qeyd olunan iddialala bağlı Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun da mövqeyini işıqlandırmağa hazırıq.
Rasim
AzPolitika.info





Şərhlər
Konsul necə adamdı deyə bilmərəm, amma qanunda "xidmət haqqı" anlayışı var. "Notariat haqqında" AR Qanunu. Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq
Dövlət notariusları bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.
Heyf ki İstanbul kimi önemli bir yerden geçmiş başkonsulumuz Hesen müellimi gönderdiler. İndiki başkonsul Mesim müellimden heç kes razı deyil. Burada yaşayan çalışanhansı azerbaycanlı aydından, telebesinden, işçi veya işvereninden soruşsan hamı şikayet eder. Evveller gedecek bir qapımız vardı. İndi konsulluğa işi düşen bile getmek istemir.Esmira xanımı da getirib yanına qoyub ikinci yetkili konsul. İkisi birarada insanları tehqir etmekden başqa heç ne bilmirler.
İstanbul konsulluğunu kimlər təyin edir. Biznesmen-alverçidən, hakimiyyət yalağından qanuni-doğru dövlət təmsilçisi-məmuru olmaz. Avstraliyada maaş mənimsənilməsi də aşkarlanmadı. Özbaşına yaramaz təmsilçilərdən heç olmasa daha yaxşıdır.
BelƏ bir vəziyyət yaranıb, cerkək olub olmamrsın, yaxşı olardı ki kompleks şəkildə yoxlamaq lazımdı