Menu

Siyasi partiya və QHT-lərə ayrılan maliyyə vəsaiti artırılıb

01.12.2017, 19:36
Siyasi partiya və QHT-lərə ayrılan maliyyə vəsaiti artırılıb

Gələn il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.

“APA-Economics”in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb.

Nazir qeyd edib ki, QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol