Menu

Anbardakı “NAZ-Lifan"ları dövlət alır

02.12.2017, 11:37
Anbardakı “NAZ-Lifan"ları dövlət alır

Dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

Qeyd edək ki, “NAZ-Lifan-320” markalı minik avtomobilləri NAxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunub. Naxçıvan Avtomobil Zavodu isə fəaliyyətini dayandırıb. Böyük ehtimalla, 4 avtomobil anbarda qalmış avtomobillər olub.

01.11.2017-ci il vəziyyətinə zavodun hazır məhsul ehtiyatı 123 ədəd təşkil etmişdi.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu. /"Marja"

Şərhlər

Mühəndis 2017-12-02 11:37:44

"Lifan" və "Azsamand"avtomobillərinin istehsalınin dayanması,ası bu sahəyə dövlət dəstəyinin olmaması səbəb olub.Avtomobil istehsal edən ölkələrdə bu sahə üzrə gömrük nizamlamaları edilir ki,əhali də öz ölkəsinin istehsal etdiyi markanı əlverişli sayır və daxili istehsal həm inkişaf edir və işsizliyə də yardım edilmiş olur.Ən bariz misal Türkiyə və İranın bu sahədə gördüyü işlər.Bunun kimi digər ölkələr də bu yolla daxili bazarı müdafiə edirlər.

Fizuli 2017-12-02 11:37:44

Naz lifanin bele istehsali ve maya deyerinden defelerle baha qiymete S.Muclimov cenablarinin nazirliyine satilmasi ve yalniz elillere devlet hesabina hedoyye verilmesl korrupsiyadan xeber vermirmi.Eger burada korupsiya varsa aidiyyati orqanlar harada yatiblar niye tedbir gormyrler?Demeli normani yeyib talayiblar ki ,elave mawina aid hisseleri alib mawin duzeldib baha qiymete Nazirliye soxa bilmirler
..Ax Korrupsiya korrupsiya yaziq muharibe elilleri gozleyin her wey duzeler INWAALLH Pul qalsa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol