Menu

Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

04.12.2017, 10:58
Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin (MM) 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb.

“Report”un xəbərinə görə, MM-in sonuncu plenar iclası dekabrın 29-da olacaq.

Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq.

Qeyd edək ki, MM-in sonuncu plenar iclası dekabrın 1-də keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol