Menu

"BakuBus"un avtobusu qəza törədib

04.12.2017, 15:07
"BakuBus"un avtobusu qəza törədib

"BakuBus" MMC-yə məxsus avtobus qəza törədib.

"Report" xəbər verir ki, qəza Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsində baş verib.

Belə ki, 14 saylı marşrut üzrə hərəkət edən 99-JX-279 dövlət nömrə nişanlı avtobus minik avtombili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin və sığorta şirkətinin əməkdaşaları gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol