Menu

“Suriyadan sonra hədəf Misirdir!” - Ərdoğandan sensasion açıqlama

05.12.2017, 14:43
“Suriyadan sonra hədəf Misirdir!” - Ərdoğandan sensasion açıqlama

“Suriyanın Raqqa bölgəsində aparılan əməliyyatlar başa çatandan sonra oradakı terrorçu İŞİD qruplaşmasının silahlıları Misirin Sinay yarımadasına göndəriləcək”. Türkiyənin “Haberler” qəzeti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədr olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.

O vurğulayıb ki, Türkiyə NATO-ya üzv dövlətlər arasında terrorçu İŞİD qruplaşmasına qarşı əməli olaraq mübarizə aparan yeganə ölkədir: “Burada bir şey açıqlayıram. Rakka əməliyyatındakı İŞİD döyüşçülərinin bundan sonra göndəriləcəyi haradır, bilirsinizmi? Misir, Sinay çölü. Onlar burada istifadə ediləcəklər. Vəzifələrini yaxından izləyəcəyik. Sözdə həssas olduğumuz məsələləri anladığını deyib, daha sonra hər cür xəyanət edən müttəfiqlə necə ortaq gələcək qura bilərik?” ”

Qeyd edək ki, ABŞ və Rusiya Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından təmizləndiyini bildirib. Bu şəhəri İŞİD özünə “paytaxt” elan etmişdi. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-nin Raqqanı tərk etməsi üçün İŞİD-lə razılaşdığı da təsdqilənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol