Sarkisyan daha bir generalı işdən çıxardı

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, prezident Serj Sarkisyan bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan əvvəl A.Baqmanyanın müdafiə naziri Vigen Sarkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı barədə xəbər yayılmışdı. Daha dəqiq desək, bunu jurnalistlərə açıqlamasında Vigen Sarkisyan özü demişdi. Müdafiə naziri bunu A.Baqmanyanın xidməti vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı olduğunu bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar