Menu

"Qarabağ" Çempionlar Liqasında son oyununa çıxıb

06.12.2017, 00:09
"Qarabağ" Çempionlar Liqasında son oyununa çıxıb

Çempionlar Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.

Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşüb. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olub.

C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdırıb.

Matçın taleyini bir qol həll edib. İlk hissədə tərəflər bir neçə dəfə cəhd etsələr də, qol vura bilməyiblər. İkinci yarıda isə meydan sahibləri fərqləniblər. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.

Oyunda başqa qol olmayıb və "Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə vida edib.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

5 dekabr

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Perotti, 53

Baş hakim: Tobias Stieler

Roma. Olimpiya stadionu

Şərhlər

omer 2017-12-06 00:09:47

Meglubiyyetin yaxwisi olmur..cox heyf..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol