Menu

Diaspor təşkilatı rəhbərinin oğlunun meyiti Bakıya gətirilib

07.12.2017, 10:15
Diaspor təşkilatı rəhbərinin oğlunun meyiti Bakıya gətirilib

Rusiyanın Samara vilayətində güllə yarasından ölmüş Azərbaycan diaspor təşkilatı rəhbəri Şirvan Kərimovun oğlunun meyiti Bakıya gətirilib.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, meyit dekabrın 5-də avtomobillə Samaradan Azərbaycana yola salınıb və dekabrın 7-də səhər saatlarında Bakıya çatıb.

Aqşin Kərimovun yas mərasimi Əhmədli qəsəbəsində keçiriləcək. Mərhum Günəşli qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Qeyd edək ki, 15 yaşlı A.Kərimov 9-cu sinifdə oxuyurmuş. O, dekabr ayının 5-də evdə olarkən odlu silahdan özünə atəş açıb, başından güllə yarası alan yeniyetmə hadisə yerində keçinib. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol