“İkiüzlülük etmişəm, hədiyyə almağı və verməyi sevmişəm” - Həbsdə olan nazir

Bu gün Moskvanın Zamoskvoretsk məhkəməsində keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə müzakirələrin ikinci günü keçib. Strateq.az 360 tv.ru-ya istinadən xəbər verir: o, son çıxışında bildirib ki, ona elan edilən ittihamların hamısını rədd edir.

Ulyukayev məhkəmə zalında son sözlə çıxış edib. Keçmiş nazir deyib ki, heç bir dəlil rüşvət qoparmaq sübutunu ehtiva etmir: “Hörmətli hakim, mən lap əvvəldən demişəm ki, elan edilmiş bütün ittihamları qəti şəkildə rədd edirəm. Müstəntiqlər hələ də yetərli sübutlar təqdim etməyiblər. Mənə qarşı dəhşətli və qəddar fitnəkarlıq həyata keçirilib. Baş şahid ziyançəkmiş olmaqdan əl çəkib, sonra isə tamamilə yox olub (Ulyukayev İqor Seçini nəzərdə tutur-red.) havada ancaq kükürd iyi qalıb”.

Keçmiş məmur qeyd edib ki, prokurorun sözlərinə görə, onun günahının “təkzibedilməz” və “mötəbər” sübutları var. “Bu nə sözdür belə? Bir adamın sözü başqasının sözünə qarşı?”

Ulyukayev deyib ki, öz işini düzgün görməyə cəhd edib və onun dəstəkləyənlərin hamısına təşəkkür edib.

Və sonda: “Mən özümü günahkar sayıram, amma bu cəfəngiyyat ittihamlarda deyil. Mən başqa şeydə günahkaram. Mən öz işimi yaxşı görməyə və xeyir verməyə çalışmışam, amma bunu yetərincə etməmişəm. Tez-tez güzəştlərə getmişəm, ikiüzlülük etmişəm, hədiyyə almağı və verməyi sevmişəm”.

“Gazeta.ru”nun məlumatına görə, Ulyukayev özünü əlində karton qılınclı qladiatorla müqayisə edib: “Tamaşaçılar qoca qladiatorun karton qılıncla tamamilə gerçək təhlükələrdən qorunduğu tamaşaya yığışıb. Və barmaqlarını qaldırmağa və ya aşağı salmağa hazırdırlar. Soruşurlar ki, “işlər necədir, özünüzü necə hiss edirsiniz? Kilsə zənginin kimin üçün çalındığını, soruşmayın, sizin üçün səslənir”.

Aleksey Ulyukayevə hökmü dekabrın 15-də səsləndirəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar