Menu

Təhsil naziri Məleykə Abbaszadə ola bilər - İddia

08.12.2017, 11:40
Təhsil naziri Məleykə Abbaszadə ola bilər - İddia

Dekabrın 5-də prezident İlham Əliyev Mikayıl Cabbarovu vergilər naziri təyin etdikdən sonra Təhsil Nazirliyinə kimin rəhbərlik edə biləcəyi ilə bağlı müxtəlif namizədlərin adı çəkilir. “Yeni Müsavat”a hökumətə yaxın mənbələrdən daxil olan bir məlumata görə, naziri postuna namizədlərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir. 2000-ci ilin oktyabrından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədrlik edən M.Abbaszadəyə ötən ilin aprelində prezidentin fərmanı ilə publik hüquqi şəxs statusu verilən Dövlət İmtahan Mərkəzinin 7 nəfərdən ibarət Direktor Şurasına da rəhbərlik həvalə olundu. TQDK ləğv olunanda belə iddialar vardı ki, M.Abbaszadə təhsillə bağlı tənqidi fikirlərinə görə vəzifəyə təyin olunmayacaq. Ona səlahiyyətləri xeyli genişləndirilmiş DMİ-nin həvalə olunması iddiaların üzərindən xətt çəkdi, ona dövlət rəhbərliyinin etimadı olduğunu göstərdi.

Yada salaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb.

Image result for DİM Sədri

Mənbə deyib ki, DMİ-nin Təhsil Nazirliyinə birləşdirilərək Məleykə Abbaszadənin nazir təyin edilməsi barədə də iddialar var ki, bu inandırıcı deyil. “Amma Məleykə Abbaszadə hər iki struktura yaxşı bələddir və nazir təyin ediləcəyi təqdirdə DİM-ə də nəzarəti saxlaya bilər” deyə, qaynağımız əlavə edib.    

Abbaszadənin zaman-zaman Təhsil Nazirliyi rəhbərliyi ilə problemlər yaşadığı sirr deyil. M.Abbaszadə yeniləşən DİM-ə sədrlik etdiyi qısa dönəmdə də nazirliklə bu cür problemlər yaşanıb. Bu əsasən təhsilin keyfiyyəti və dərsliklə bağlı məsələlərdir. DMİ rəhbəri orta məktəblərdə tədrisin keyfiyyətindən əksər hallarda narazı olduğunu gizlətməyib.

Image result for DİM Sədri

DMİ sədrinin nazir kürsüsünə otura biləcəyi ilə bağlı iddialar içərisində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq edilməsi faktı da önə çəkilir. Məlumdur ki, Təhsil Nazirliyi və DİM yeni imtahan modelləri üzərində müzakirələr aparırdı və bu məsələdə  razılıq da əldə edilib. Bu baxımdan yeni qəbulla bağlı ən məlumatlı şəxs də sabiq nazirdən sonra elə M.Abbaszadə hesab oluna bilər(musavat.com).

Şərhlər

Sahip 2017-12-08 11:40:07

Daha yox qardaş meleyke xanımı göndermek lazımdı pensiyaya halal xoşu olsun ne yıgıb ve işleyib yeter

t.ədalət 2017-12-08 11:40:07

Məleykə xanımın nazir olması məsələsi adamın yadına Hüseyn Arifin vaxtə ilə yazdığı şeirdən "qoca nazir qocalmır ki,qocalmır" misralarını salır.Ancaq ,balları saymaqla məşğul olmaq təhsil nazirliyi ilə ayrı-ayrı şeylərdir..

? 2017-12-08 11:40:07

Görəsən bu arvad nə istəyir, gözləri nə vaxt puldan doyacaq? Yəqin ki, heç vaxt!

Abit 2017-12-08 11:40:07

Bu müsteqilliyi hansı eziyyetlerle elde etdik,vuruşduq ermeniye qarşı,canımızı qoyduq.İndi iki diplomla düzde qalmışıq,bunların gözü doymur.Zaman her şeyi hell edecek.Allah dövletimizi,milletimizi qorusun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol