Menu

"Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb" - Lavrov

08.12.2017, 15:29

150225141723_lavrov_640x360_ap_nocredit"Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq mövcuddur, təəssüf ki, bu, hələ ciddi irəliləyişlə nəticələnmir".

APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il Azərbaycan və Ermənistan prezidentlər arasında bir, nazirlər arasında isə bir neçə dəfə baş tutan dialoq pozitiv haldır: “Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu bu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”.

Şərhlər

555 2017-12-08 15:29:59

Ermənipərəstlər Qarabağ münaqişəsinin "ÇOX MÜRƏKKƏB və ÇƏTİN" problem olduğunu deyərlər. Halbuki Katalonyada gördük ki, bu çox sadə və tez həllolunan bir işdir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol