«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Kiyev bəyan edib ki, Yerusəlim (Qüds) şəhərinin statusu məsələsində beynəlxalq hüquq normalarına əməl olunması mövqeyindən çıxış edir və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) uyğun qərarlarına əməl edilməsinin qaçılmaz olduğunu bildirir.
«Hesab edirik ki, dünya birliyi bütün səyləri, o cümlədən, BMT TŞ çərçivəsində səyləri, zorakılığın dayandırılmasına cəmləşdirməli və tərəfləri dərhal yaxın şərq sülh tənzimləməsi prosesi üzrə danışıqlara başlamağa dəvət etməlidir» - Ukrayna XİN-nin «Tvitter»də dərc olunmuş xəbərində deyilir.
Xatırladaq ki, bu həftə ABŞ Prezidenti Donald Tramp Yerusəlim (Qüds) şəhərini İsrail dövlətinin paytaxtı olaraq tanıdığını bəyan edib və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülmsi barədə Dövlət Departamentinə müvafiq göstəriş verib. ABŞ Konqresi Yerusəlim şəhərinin statusunu hələ 1995-ci ildə tanıyıb, ancaq indiyə qədər Trampın bütün prezident sələfləri Konqresin bu sənədini imzalamaqdan imtina ediblər.
ABŞ Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıyan ilk dövlət oldu. Trampın bu qərarını Böyük Britaniya, Almaniya, Türkiyə və digər dövlətlər dəstəkləməyib. Trampın qərarından bir gün sonra isə BMT TŞ-nın 8 ölkəsi təcili görüş keçirilməsini tələb edib.


Şərhlər