Menu

“Rusiya Azərbaycanla Qarabağ bazarlığına hazırdır” – Ermənistan XİN-in sabiq başçısı

02.07.2014, 17:33
“Rusiya Azərbaycanla Qarabağ bazarlığına hazırdır” – Ermənistan XİN-in sabiq başçısı

“Bütün son hadisələr onu göstərir ki, Ermənistanla Azərbaycanı müharibəyə cəlb eləməyə çalışırlar”. Musavat.com-un erməni informasiya portalına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyan Qarabağ məsələsi ətrafındakı son durumu şərh edərkən bildirib.

“Lakin mən düşünmürəm ki, Ermənistan hərbi əməliyyatların bərpasında maraqlıdır. Bizim heç bir problemimiz yoxdur, ancaq hansısa qüvvələr və oyunçular bizi müharibəyə cəlb eləmək istəyir. Bu isə olduqca təhlükəli nəticələrə gətirə bilər”, - deyə o vurğulayıb.

Eks nazir “naməlum qüvvə və oyunçu”nun kimliyini də açıqlayıb: “20-22 illik atəşkəs dövründə Rusiyanı daim o maraqlandırıb ki, regiona özünün sülhməramlı qüvvələrini yeritsin. Bizim Rusiya ilə 200 illik münasibətlərimizin təcrübəsi göstərir ki, hansısa məqamda Rusiya özünün geosiyasi problemlərinin həlli naminə bizə bir qəpiklik də dəyər vermir. Heç şübhə etmirəm, Moskva sakit vicdanla Qarabağın taleyini Azərbaycanın Avrasiya Birliyinə qoşulması ilə bağlı Bakı ilə müzakirə eləməyə hazırdır. Mən bunu əxlaqdan kənar saymıram: Rusiya öz maraqlarına xidmət edir. Bizim dövlətçiliyimiz təhlükə altındadır, biz uduzuruq. Buna görə isə gələcək nəsillərə cavab verməli olacağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol