Menu

Salyanda minik avtomobili ilə yük maşını toqquşub

10.12.2017, 20:41
Salyanda minik avtomobili ilə yük maşını toqquşub

Salyanda baş verən qəzada ər və arvad xəsarət alıb.APA-nın Mil-Muğan bürosunu məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində minik avtomobili ilə yük maşını toqquşub.

Nəticədə Qaradağ rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Fuad Mirzə oğlu və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Hüseynova Pərvanə Elxan qızı salyan rayon xəstəxansına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol