Menu

Masallıda faciə- Üç uşaq öldü

02.07.2014, 20:58
Masallıda faciə- Üç uşaq öldü

Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 18:30 radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol