Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı bildirilir.
Arif Hacılı bu məlumatı təsdiq edib.
Müsavat başqanı sabah, dekabrın 15-i saat 14:00-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmalıdır.
Çağırışın səbəbləri barədə məlumat verilmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu məsələ ilə bağlı aydınlıq gətirmək mümkün olmayıb.

Şərhlər