Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 263-ü nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib
“Bu gün iğtişaşlarda iki fələstinli ölüb”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli , onlardan 63-ü güllə yarası alıb.


Şərhlər