Menu

USUBOVDAN ZAKİR HƏSƏNOVA POLİS GÜNÜNDƏ HƏDİYYƏ

03.07.2014, 11:40
USUBOVDAN ZAKİR HƏSƏNOVA POLİS GÜNÜNDƏ HƏDİYYƏ

Müdafiə naziri Zakir Həsənovun oğlu Nazim Həsənovun rütbəsi qaldırılıb.Axar.az xəbər verir ki, iyulun 2-də, polislərin peşə bayramı günündə Nazim Həsənova polis polkovnik-leytenant rütbəsi təqdim edilib.

Nərimanov Rayon Mühafiəz İdarəsindən faktı təqdiqləyərək bildirdilər ki, N.Həsənovun rütbə vaxtı çatdığı üçün polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb.

Xatırladaq ki, Nazim Həsənov Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsində rəis müavini vəzifəsini daşıyır.

N.Həsənov bu gün şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Nazim Həsənov bu ilin martında Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. O buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol