"Son illər ərzində turizm Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi işində aparıcı sahələrdən biri olub".
"Report" un məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirdə deyib.
N.Səmədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayiədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərinm sayı 20 faiz artıb və 2 milyon 477 mindən artıq olub.
N.Səmədov bildirib ki, ölkəmizdə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib, Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar xərcləyib. 100 milyon dollar müsbət saldo yaranıb ki, bu da müsbət haldır.


Şərhlər