Menu

Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir

18.12.2017, 12:45
Abdulbari Gözəl “Azərsun Holdinq”i təhvil verir

"Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verir.

Unikal.org-a daxil olan məlumata görə, yaşının artması ilə əlaqədar Abdulbari Gözəl "Azərsun Holdinq”in prezidenti vəzifəsindən getməyi düşünür. O, buna görə, Dubayda yaşayan oğlu Əhməd Gözəli Bakıya gətirib.

Hazırda "Azərsun Holdinq”in idarəçiliyini öyrənən Əhməd Gözəlin yaxın günlərdə atasının rəhbəri olduğu şirkətin başına keçəcəyi gözlənilir.

Abdulbari Gözəl "Azərsun Holdinq” tərkibində fəaliyyət göstərən bir neçə qurumu da qızları Zeynəb Gözəl və Məryəm Gözələ təhvil verib.

Şərhlər

t.ədalət 2017-12-18 12:45:04

Vay halımıza!Qidalarımız ...əlində əsirdir.Allah bizi bu bəladan qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol