Menu

Bakıda polislə sakinlər arasında əlbəyaxaya dava olub

03.07.2014, 13:38
Bakıda polislə sakinlər arasında əlbəyaxaya dava olub

Ötən gecə Bakının Nizami rayonu ərazisində yol polislərilə sürücü arasında insident yaşanıb.

Bu barədə oxu.az saytına məlumat verilib. Məlumatda bildirilir ki, hadisə gecə saatlarında Nizami metrosunun yaxınlığında, Şıxəli Qurbanov küçəsində baş verib.

Məlumata əsasən, polislər üç yol polisi maşını ilə qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.

Hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, yol polisinin əmrinə tabe olmayan sürücülər barədə qanunla tədbirlər görülür.

“Ümumiyyətlə, “Yol Hərəkəti Haqqında” qanunu pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsilər cəzalandırılır. Həmin sürücü də törətdiyi cinayətə görə cəzalanacaq. Ümumiyyətlə, belə davranışlar yol polisinə yox, ümumilikdə cəmiyyətə hörmətsizlikdir. Belə sürücülər təkcə yol polisinin, özünün, həmçinin də vətəndaşların həyatlarını təhlükə altına atırlar”, - deyə V.Əsədov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol