Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur.
Bunu Trend-ə komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Komitə rəsmisi bildirib: “Bizdə bununla bağlı statistika yoxdur. Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar".
P.Əliyev deyib ki, evdən qaçan uşaqların arasında qızlar olsa da, oğlanlar üstünlük təşkil edir:
"Komitəyə il ərzində bununla bağlı 3-4 müraciət olur. Lakin o da nəzərə alınmalıdır ki, evdən qaçan hər bir uşaq bizə üz tutmur. Polisə də müraciət edənlər olur".


Şərhlər
Problemli Komitənin sədri Hicran Hüseynova sabiq aparat rəhbəri Səfər İmanovun əli ilə küllü miqdarda rüşvət alması Hüquq Mühafizə Orqanlarında təstiqini tapmuşdır.Hicran bu məsələni Ört-basdır etmək üçün Səfəri 4 azyaşlı uşaqla Ölkədən qaçırdırdı.Məgər bu uşaqların hüquqları yoxdurmu? bu uşaqlar 2 ildir sürgün yaşayaraq,təhsildən kənarlaşaraq səfil həyatı yaşayırlar.Siz bir komitə olaraq daxili problemlərinizi həll edin sonra kiminsə qaçan uşaqları sizə üz tutar.Hörmətli moderator X.E yazılanları pozmayın.