Menu

ABŞ BMT Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni bloklayıb

18.12.2017, 22:47

bmt_tshABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadla verdiyi xəbərə görə, Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.

Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qeyd olunur ki, ABŞ-ın adı qətnamədə hallanmayıb.

Şərhlər

Mirzə AĞ 2017-12-18 22:47:55

Təcili olaraq, TŞ-nın daimi üzvlərinin veto hüququndan məhrum edilməsi üçün dünyanın bütün ölkələrində bir petisiya başlanmalıdır! İslam ölkələri təşəbbüs göstərməlidirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol