Rəsmi Tehran ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın Yəməndəki husiləri silahlandıraraq təşkilatın qərarlarını pozması ilə bağlı açıqlamasına sərt reaksiya göstərib.Axar.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya yayıb.
Məlumata görə, ABŞ-ın İrandakı diplomatik vəzifələrini icra edən İsveçrə səfiri XİN-ə çağırılıb.
“İranın Heylinin əsassız və təxribat xarakterli iddiası barədə etirazı İsveçrə səfirinə çatdırıldı”, - XİN rəsmisi Bəhram Qasımi deyib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli husilər tərəfindən noyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə endirilən zərbə zamanı istifadə olunan raketi İranın verdiyini bildirmişdi.


Şərhlər
Indus Heyli vehhabi-sionist Suud kralligini silahlandiranda 2 ilden čix mezlum Yemen xalqini havadan bombalayanda gozleri kor idi.Ele hesab edirem Iran čox sebr ve humanizm numayis etdirir.Serdar Qasim Suleymaninin esgerleri tecili Er Riyadi Ciddeni Abi Dabini feth etmeludir!!!Budur meselenin radikal helli.Fi